SON XƏBƏR

Londondakı terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb

İyun 08
06:46 2017
Böyük Britaniyanın paytaxtı Londonda törədilən terror aktı ilə əlaqədar daha üç nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yardın məlumatında bildirilir.

Məlumata əsasən, iki kişi Londonun şərqində həyata keçirilən xüsusi əməliyyat, daha biri evində aparılan axtarışdan sonra saxlanılıb. 

İyunun 3-də "London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 8 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Hadisəni törədən 3 nəfər polis ərəfindən güllələnib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook