SON XƏBƏR

Londonda dəhşətli terror, ölənlər var: avtobus piyadaları əzdi - Yenilənib

İyun 04
07:12 2017
İngiltərənin paytaxtı Londonda kimliyi bilinməyən şəxs avtobusu piyadaların üzərinə sürüb. 
 
London körpüsündə baş vermiş hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. 
 
Hadisənin terror aktı olma ehtimalı var.
 
Əlavə məlumat verəcəyik.
 
****
 
02:32
 
Musavat.com BBC-yə istinadən xəbər verir ki, baş verən hadisədən sonra körpüyə giriş-çıxış bağlanıb.
 
Şahidlər ağ rəngli mikroavtobusun piyadalara doğru hərəkət etdiyini görüblər. Onların sözlərinə görə, sürücü təxminən altı piyadanı əzib.
 
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım maşınları cəlb edilib.
 
02:47
 
Musavat.com-un "Telegraph"a istinadən məlumatına görə, hadisə nəticəsində təxminən 20 nəfər yaralanıb.
 
Olayın şahidləri piyadaları vuran avtobusdan bıçaqla silahlanmış 3 nəfərin yolun kənarındakı şəxslərə hücum etdiklərini bildiriblər. Hazırda rəsmi heç bir məlumat verilməyib.
 
02:59
 
Euronews İngiltərə polisinə istinadən xəbər verir ki, ölənlər var. Ən azı, 7 nəfər ambulanslarla xəstəxanalara aparılıb. Onların yaralı, yoxsa ölü olduğu bilinmir.
 
Bundan başqa, hadisədən dərhal sonra sonra "Borough Market"də silah səsləri eşidilib. "Associated Press"-in məlumatına görə, polis Vauxhall-da da hadisə yaşandığını qeyd edib.
 
Başqa bir məlumata görə isə, əli qandallı bir nəfər şəxsin polislər tərəfindən aparıldığını bildirib. Bu barədə BBC-nin müxbiri Holi Cons məlumat verib. 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook