SON XƏBƏR

Ölkəmizdə ekoloji təhsilin inkişaf etdirilməsi məsələsi müzakirə olunub

Dekabr 18
00:27 2017
Dekabrın 15-də ölkəmizdə ekoloji təhsilin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə əməkdaşlığı çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən təşkil edilmiş "Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsinin yekun tədbiri keçirilib.
 
Tədbir çərçivəsində RUGİM-in rəhbər heyətinin və respublikada fəaliyyət göstərən rayon uşaq-gənclər inkişaf mərkəzlərinin direktorlarının iştirakı ilə "dəyirmi masa” təşkil olunub.
 
Respublikanın 55 rayonunun uşaq-gənclər inkişaf mərkəzlərinin təmsil olunduğu "dəyirmi masa”da ekologiya, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində mövcud əməkdaşlığım və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.
 
Müzakirə olunmuş məsələlərin və gələcək fəaliyyət istiqamətlərinin əksini tapdığı "Yaşıl şəbəkə” proqramında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
 
İştirakçılar 2018-ci birgə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını və bunun üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook