SON XƏBƏR

Ölkədə kifayət qədər xəstəxana da var, pul da, bəs çatışmayan nədir?..

İyul 03
10:24 2020
Ölkədə kifayət qədər xəstəxana da var, pul da, bəs çatışmayan nədir?..

"Azərbaycanda 563 xəstəxana və 44 min çarpayı var".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. O bildirib ki, koronavirusa yoluxub xəstəxanada müalicə alanların sayı 8031 nəfərdir:

"Bəs onda niyə xəstəxanalarda yer çatışmır? Açıqlanan rəsmi məlumatlarda bu günə qədər 8031 nəfər koronavirusa yoluxanların 30 ixtisaslaşdırlmış xəstəxanada müalicə olunduğu bildirilir. Rəsmi statistik məlumatlara görə, Azərbaycanda 563 xəstəxana var. Yenə də mövcud 563 xəstəxana ilə yanaşı, son 3 ayda əlavə olaraq 5 modul tipli xəstəxana tikilib və orda da 500 çarpayı yerləşdirilib. Onda problem nədədir, niyə çarpayı sayı çatışmır. Rəsmi statistika məlumat verir ki, ölkə üzrə xəstəxanalarda 44 min çarpayı var. Bu rəqəm koronavirus infeksiyasına yoluxub hazırda müalicə alanların sayından 5 dəfə çoxdur".

Qubad İbadoğlu hesab edir ki, narahatlığı yaradan səbəblərdən biri də çarpayıların sayının şişirdilməsidir:

"Çünki xəstəxanalara ayrılan vəsaitlər çarpayı sayına görə hesablanır. Odur ki, xəstəxanalar da çarpyaların sayını şişirdir ki, büdcədən daha çox vəsait alsın. Büdcədən ayrılan vəsaitə gəlincə, ötən il səhiyyə xərcləri 873,6 milyon manat olub, bu il üçün isə büdcədən səhiyyəyə 1 milyard 369 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Kəskin artım icbari sığortanın bu il gözlənilən tətbiqi ilə əlaqədar idi. Deməli, xəstəxana da var, pul da var, bəs onda çatışmayan nədir? Deyirlər ki, həkimlər və tibbi bacıları azdır. Rəsmi statistikaya inansaq, 2020-ci il ilin yanvarın 1-ə ölkədə 32,5 min həkim və 37630 nəfər tibb bacısı var. Tibb bacıları da daxil olmaqla səhiyyə işçilərinin sayı (həkimlərsiz) 54048 nəfərdir. Deməli, həkimlərin və səhiyyə işçilərinin sayı da yetərlidir. Bəs onda problem nədədir? Göründüyü kimi, resurlsarın idarəedilməsində və səhiyyə sistemində mövcud olan korrupsiyada. Buna məsul olan Səhiyyə nazirinin görünür ki, başı başqa şeylərə qarışıb".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook