SON XƏBƏR

“Ölkədə çox vəhşi münasibət yaranıb” – Millət vəkili

Noyabr 28
13:43 2017
"Azərbaycanda heyvanlara qarşı münasibət dözülməz hal alıb. Buna görə qanunvericiliyə sərt cəzalar əlavə ediləcək”.
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib.
 
O qeyd edib ki, bununla bağlı həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə müvafiq əlavələr nəzərdə tutulub: "Biz bunu hazırlayacağıq. Çünki ölkədə istər vəhşi, istərsə də ev heyvanlarına qarşı çox vəhşi münasibət yaranıb. Bu isə yolverilməzdir. Heyvanlara xüsusi diqqət lazımdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook