SON XƏBƏR

Liviyada Rusiyanın “Panzir” raket sistemləri məhv edildi

May 21
09:47 2020
Liviya hökumət qüvvələrinin Türkiyənin "Bayraktar” dronlarının köməyi ilə Rusiyanın "Panzir” hava hücumundan müdafiə raket sistemlərini məhv edib.

Qaynarinfo xəbər verir ki, bu haqda video Tvitterdəki "Clash Report” səhifəsində yerləşdirilib. Müşahidəçinin sözlərinə görə, mərmi Haftar ordusunun muzdlularına BƏƏ səlahiyyətliləri tərəfindən çatdırılıb.

"Anadolu” agentliyinin "Telegram” kanalına istinadən verdiyi məlumata görə, "Qəzəb vulkanı” əməliyyatı ştabının sözçüsü Əbdülməlik əl-Madani Tarhun yaxınlığında bir Rusiya istehsalı olan hava hücumundan müdafiə raket sisteminin məhv edildiyini bildirib. 

Qeyd edək ki, mayın 20-də Liviya ordusu daha üç Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemini məhv edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook