SON XƏBƏR

Litva 20 Yanvar qatilini məhkəməyə çağırdı

Yanvar 20
03:19 2017

Vilnüs Dairə Məhkəməsi SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova 1991-ci il Vilnüs hadisələri ilə bağlı məhkəmədə iştirakı üçün çağırış vərəqəsi göndərib.

Bunu jurnalistlərə açıqlamasında məhkəmənin hakimi Aynora Korneliya Matsyaviçene söyləyib. O, çağırış vərəqəsinin Qorbaçov Fondunun ünvanına göndərildiyini bildirib.

Çağırış vərəqəsində Qorbaçovun videokonfrans şəklində məhkəməyə qoşulmasının mümkün olduğu da bildirilib.

Qeyd edək ki, Litva Baş Prokurorluğu 1991-ci ildə baş verən Vilnüs hadisələri ilə bağlı cinayət işi qaldırılıb. Rəsmi Vilnüs SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazovu 160 nəfər hərbçi və siyasi xadimlə birgə Litvanı SSRİ-nin tərkibinə qaytarmaq üçün qrup yaratmaqda günahlandırıb.

SSRİ-nin Alfa qrupu və Hərbi Desant Qüvvələri Vilnüsə 1991-ci ilin yanvarında endirilib. Nəticədə yerli əhali ilə toqquşma nəticəsində 15 nəfər ölüb, 140-dan çox insan yaralanıb. Bunlardan 13 nəfəri tele-mərkəzə hücum zaman həlak olub.(axar.az) 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook