SON XƏBƏR

Liseylərin V sinfinə qəbul üzrə elektron qeydiyyat başlanıb

İyun 12
10:51 2018
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanıb

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 saylı Texniki-Humanitar Lisey, 147 saylı Texniki-Humanitar Lisey və 291 saylı Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin "mektebeqebul.edu.az” saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 
 
Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.
 
12 iyun tarixinə (09:30) olan məlumata əsasən elektron sistem ("mektebeqebul.edu.az”) vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 saylı Texniki-Humanitar Liseyə, 110-u 147 saylı Texniki-Humanitar Liseyə, 158-i isə 291 saylı Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.
 
Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
 
İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook