SON XƏBƏR

Leyla Əliyevanın təşəbbüsü ilə "Qanın milləti yoxdur" adlı aksiya keçirildi

İyun 15
23:28 2018
Artıq ardıcıl olaraq onuncu ildir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubu "Qanın milləti yoxdur” adlı aksiya keçirirlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü olan növbəti humanitar donor aksiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzində keçirilib. Yubiley aksiyasında 50-dən çox insan iştirak edib. Onun sözlərinə görə, donor aksiyasının iştirakçıları bir tərəfdən öz sağlamlıq durumu haqqında məlumat alır, digər tərəfdən, qana ehtiyacı olan insanlara yardım etməklə xeyirxah iş görürlər.

Qan Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Əliheydər Rəhimov hər il təşkil edilən "Qanın milləti yoxdur" donor aksiyasına görə RAGB-nin sədri Leyla Əliyevaya və Azərbaycan klubuna təşəkkür edib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Azərbaycan klubunun sədri Hava Səfərova bildirib ki, bu cür tədbirlər insanlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir. O deyib: "Biz bu aksiya ilə bütün dünyaya göstərmək istəyirik ki, qan tökülməməli, əksinə paylaşılmalıdır! Donorların aksiyaya qoşulmasını yüksək qiymətləndiririk. Qan insanları birləşdirir. "Bizim damarlarımızdan eyni qan axır" sözləri keçirdiyimiz tədbirdə gerçəkliyə çevrilir".

Qeyd edək ki, RAGB-nin aksiyaları son on ildə müntəzəm olaraq əcnəbi tələbələrlə iş üzrə dekanlığın əməkdaşları və tələbələrlə birgə keçirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook