SON XƏBƏR

Leyla Əliyevadan qızına ad günü təbriki (FOTOLAR)

Aprel 09
22:05 2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qızı Əminəni beş yaşı münasibətilə təbrik edib.

Qlobal.az xəbər verir ki, Leyla Əliyeva bu barədə şəxsi İnstaqram hesabında yazıb.

"Sevimli Əminəmi ad günü münasibəti ilə təbrik edirəm! Dünyanın bütün uşaqlarına xoşbəxtlik, cansağlığı, təbəssüm arzulayıram!

Arzu edirəm ki, bütün valideynlər övladlarını anlasınlar, sevindirsinlər və eşitsinlər, onlara yalnız xoş və səmimi sözlər desinlər ki, uşaqlar xoşbəxt, xeyirxah və güclü böyüsünlər! Təbriklərə görə hamıya təşəkkürümü bildirir, ən xoş günlər arzulayıram! Allah hamını saxlasın!” deyə, Əliyeva qeyd edib.

Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook