SON XƏBƏR

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbdə olub - FOTOLAR

May 05
11:21 2017
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Nəsimi rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbin şagirdləri ilə görüşüb.
 
Qlobal.az Azərtac-a istinadla xəbər verir ki, bu məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqların şəraiti ilə tanış olan Leyla Əliyeva tədris prosesi ilə maraqlanıb.
 
Heydər Əliyev Fondunun vitse-prezidenti sinif otaqlarına baş çəkib və dərslərin gedişini izləyib. Məlumat verilib ki, hazırda məktəbdə 109 nəfər, ev şəraitində isə 749 nəfər fərdi təhsil alır.
 
Leyla Əliyeva uşaqların təhsil ilə yanaşı, yaradıcılığa maraq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib, onların istedad imkanlarının daha da
genişləndirilməsini vacib sayıb, həmçinin təhsil ocağının şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmalı olduğunu bildirib.
 
Daha sonra Leyla Əliyeva Nəsimi rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı xüsusi məktəbdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hazırda burada 160 uşaq təhsil alır. Bununla yanaşı, uşaqlara ev şəraitində fərdi dərslər də keçirilir.
 
Uşaqlar hazırladıqları bədii proqram və rəqs nömrələrini təqdim edib və Leyla Əliyeva ilə xatirə şəkli çəkdiriblər.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook