SON XƏBƏR

Leyla Əliyeva Nəsiminin Moskvadakı büstünün açılışında - FOTO

Oktyabr 31
15:08 2019
Rusiyanın paytaxtı Moskvada Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsinin açılışı olub.

Qlobal.az xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Mədəniyyət nazirinin müavini Pavel Stepanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, M.İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Mixail Şepel və hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.

Abidənin müəllifi heykəltəraş Aydın Zeynalovdur.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Azərbaycanda 2019-cu il "Nəsimi ili” elan edilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook