SON XƏBƏR

Leyla Əliyeva Münhendə İlham Əliyevi müşayiət edib

Fevral 18
13:03 2017
Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.
 
"AzərTAc” xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.
 
Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.
 
53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook