SON XƏBƏR

Leyla Əliyeva Moskvada Novruz şənliyi keçirdi - Foto

Mart 22
11:50 2017
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz bayramına həsr edilmiş təntənəli tədbir keçirib.
 
Qlobal.az Azərtac-a istinadən xəbər verir ki, birliyin idarə heyətinin üzvü Emin Hacıyev RAGB-nin sədri Leyla Əliyevanın adından tədbir iştirakçılarını təbrik edib.
 
Bayram tədbiri canlı milli musiqi ilə müşayiət olunub, səhnədə məşhur müğənni İlona Yankovskaya, "Qarabağ” və "Vətən” ansamblları, Zeynəb Nəsibova, Fardi Səmədov, Jalə Kərimova çıxış ediblər.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook