SON XƏBƏR

Leyla Əliyeva - İncə qəlbdə döyünən dünya boyda ürək!

İyul 03
12:42 2019
Elə insanlar var ki, həyata bəşəri ideyaları yaşatmaq üçün gəlir. Həyata göz açarkən Yaradan onların çiyinlərinə həm də dünyanın, təbiətin, insanların qayğılarını yükləyir. Dünyanın əyilməkdə olan ədalət tərəzisini, mahiyyətindən uzaqlaşmaqda olan insanlığı yerinə, özünə qaytarmaqla YÜKləyir Tanrı onları. Bəlkə də Tanrı bu cür bəşəri missiyalı insanları yaratmaqla öz çiyinindəki YÜKü bölüşür onlarla. Dünyanın harmoniyasını, insanlığın mənasını qoruyur, yaşadır Tanrının seçdiyi, sevdiyi bu insanlar. Kimisi haqsızlığın, ədalətsizliyin qarşısında düyünlənən qüdrətli yumruqları ilə, kimiləri zərif vücudları, mərhəmətli, humanist qəlbləri ilə!
 
İkincilər - zərif vücudları, mərhəmətli, humanist qəlbləri ilə Tanrının "günahlarına şərik çıxanlar"ın YÜKü daha ağır olur. Onlar yalnız ətraflarında, əllərinin çatdığı yerlərdə yox, dünyanın ən uzaq köşəsində vəhşət, faciə, iztirab, əzab yaşayan insanların iniltisi, fəryadını, hayqırtısını duya bilir, onlarn harayına yetmək istəyir. Dünya boyda ürəkləri zərif qəlblərində daim yaxşılıq etmək, kədərli, məsum bir çöhrəyə bir sevinc bəxş etmək üçün çırpınır.
 
İncə qəlbində dünya boyda sevgi, zərif çiyinlərində insanlıq YÜKü daşıyan, Tanrının seçdiyi, missiyalandırdığı BƏŞƏRİ YÜKLÜ insanlardan biri də Leyla Əliyevadır. Leyla Əliyeva insanlığın mahiyyətindən sapınmasını, dünyada tüğyan edən edən ədalətsizliyi, haqsızlığı şairə və bir ana kimi duya bilir. Təbiətə də ANA qayğısına ehtiyac duyan körpə kimi baxır Leyla Əliyeva. Onun incəsənət və mədəniyyət ocaqlarının inkişafına göstərdiyi xidmətlər, təbiətin qorunması istiqamətində reallaşdırdığı layihələr həmişə insanlar tərəfindən böyük rəğbətlə, coşqu ilə qarşılanır. 
 
Leyla Əliyevanın ictimai sahədə uğurları
 

 
2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri vəzifəsinin icrasına başlayan Leyla Əliyeva qısa zaman kəsiyində böyük layihələr həyata keçirməyə başladı. Rusiya kimi nəhəng bir ölkədə çoxsaylı ictimai-sosial layihələrlə yanaşı, burada Azərbaycan üçün önəmli olan diaspor siyasətinin yeni mərhələsinə start verildi. Rusiyada fəaliyyət göstərən azərbaycanlı elm xadimləri, iş adamları, incəsənət nümayəndələri vahid amal uğrunda təşkilatlandılar. 
 
Qısa zaman ərzində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri vəzifəsində bir çox əhəmiyyətli uğurlara imza atan Leyla xanım 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsinə irəli çəkildi. Bununla bərabər həm də Leyla xanımın baş redaktorluğu ilə Rusiyada "Bakı" jurnalı dərc edilməyə başladı. Eyni zamanda 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlər arası dialoqunun koordinatoru və 2009-cu ildən Rusiyada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədridir. 2008-ci ildə "XOCALIYA ƏDALƏT" kampaniyasını başladan Leyla Əliyeva xalqımızın məruz qaldığı dəhşətli Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirə bildi.
 

 
2011-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə İDEA (Ətraf mühitün mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb. Respublikamızda və eləcə də beynəlxalq miqyasda uğurla həyata keçirdiyi çoxsaylı sosial-mədəni layihələrə görə Leyla xanım bir sıra mükafatlara layiq görülüb. 2011-ci ildə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunan Leyla xanım 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə mükafatlandırıldı.
 
2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji mühitin qorunmasına görə" xüsusi beynəlxalq şərəf mükafatına layiq görülən Leyla Əliyeva yenə həmin ildə üçüncü dərəcəli "Müqəddəs Mələksima Knyaginya Olqa" ordeninə və Rusiya prezidenti tərəfindən "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif edildi. 
 
İnsanları sevindirən, insanların sevdiyi Leyla Əliyeva
 

 
Leyla Əliyeva bu dünyada soyuqdan, aclıqdan, xəstəlikdən qorunmaq üçün körpsini bağrına sıxan hər bir ananın ürəyinin məşəqqətli çırpıntılarını duya bilir...
 
O həsrətli baxışlarını yollara zilləmiş, hər gün kiminsə gəlişini həsrətlə gözləyən qocaların qırışlı gözlərindəki kədəri anlaya bilir...
 
O qəlbləri yaşamaq, sevmək, yaşatmaq eşqi ilə döyünən fiziki məhdudiyyətli uşaqların yaxşı insanlara sarı uzanan məsum, günahsız əllərinin hərarətini hiss edə bilir...
 
 

Çöhrəsi daim təbəssümlü olan Leyla xanımın gözlərinin dərinliklərindən dünyanın YÜKünü, kədərini sezmək olur...
 
Amerikalı yazar Ben Svitland yazır ki, "Uğur gedilən yoldur". Leyla Əliyeva isə "Səni atmaq istəmirəm" şeirində - 
 
Gedirəm, qəzəbliyəm,
Kinim - oddan-alovdan..!
Addımlarımsa kövrək, 
Arxasında bir inam...-deyir!

 
Leyla Əliyevanın atdığı hər bir addımın arxasında bir inam və həm də bir sevgi var...
 

 
Dünyanın özünə, mənasına olan sevgi. Ruhların uçuşduğu sonsuz üfiqlərə olan sevgi. Dalğalı, sakit, çırpınan dənizlərə, beşiklərində qığıldayan körpələrə, çəmənliklərdəki çiçəklərə, uçuşan kəpənəklərə olan sevgi. 
 
Və ən nəhayət insanlara olan inam və sevgi...
 
Bu sevgi həyat qədər əsldir!
Bu sevgi Tanrı qədər əbədidir!

 
Əslliyə, əbədiliyə gedən yoldur Leyla Əliyeavının inamla getdiyi yol!
 
YOLun uğurlu olsun!
 
Mübariz Məmmədov 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook