SON XƏBƏR

Leyla Əliyeva Bilgəhdəki pansionatda - Fotolar

Yanvar 19
20:03 2016
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.
 
Qlobal.az Trend-ə istinadən xəbər verir ki, Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında söhbət edib. Pansionatda 207 nəfər yaşayır.
 
Onların rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib. Görüşdə Zəminə Cəbrayılova öz yazdığı şeirlərini Leyla Əliyevaya oxuyub.
 
Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansaglığı və uğurlar arzulayıb.
 











Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook