SON XƏBƏR

Levon Ter-Petrosyanın partiyası Ermənistana müraciət etdi: “Bizə Azərbaycanla sülh lazımdır!”

Mart 18
00:26 2017
Ermənistanın inkişafı bilavasitə Qarabağda sülhün bağlanması ilə əlaqədardır. Bunu bu gün, martın 17-də jurnalistlərə "Erməni Milli Konqresi” (EMK) parlament fraksiyasının rəhbəri Levon Zurabyam deyib.

Virtualaz.org "Sputnik Ermənistan”a istinadıən xəbər verir ki, EMK-nin lideri Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyandır. O ümid etdiyini bildirib ki, ermənilər seçkilərə tam ciddiyyətlə yanaşacaqlar.

L.Zurabyanın fikrincə, ölkə qarşısında dayanan əsas problem ölkəni inkişaf etməyə qoymayan Qarabağ münaqişəsidir. Zurabyanın fikrincə, Qarabağda status-kvonun saxlanılması və ölkənin sabit inkişafı bir arada mümkün deyil. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli Azərbaycanla yarışmaqdan çəkilmək üçün yeganə yoldur.

Madrid prinsiplərini sülh yolu ilə həllin əsası kimi gördüyünü deyən Zurabyan bildirib ki, Qarabağın öz müqəddəratını təyin etməsi və təhlükəsizliyi şübhə altına alınmır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook