SON XƏBƏR

Lerikin deputatı bu fotoya görə gülüş hədəfinə çevrildi - FOTO

Yanvar 06
11:56 2021
Lerikin deputatı İqbal Məmmədov fotosu ilə növbəti dəfə sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib. 
 
Qlobal.az xəbər verir ki, deputatın bu fotosu təbiət qoynunda keçirilən görüş zaman çəkilib. Fotoda Lerik rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Cəlil Baxşıyev də olduğuna görə ehtimal edilir ki, Lerikdə parlament seçkisi zamanı sakinlərlə görüşdə çəkilib. Təbiət qoynunda keçirilən görüşdə çəkilən fotoda gülməli məqam arxa fona "doroşka" asılmasıdır. 
 

 
Qeyd edək ki, İqbal Məmmədov bundan əvvəl də fotosu ilə gündəmə gəlmişdi. Orand kənd orta məktəbinin toyuq hininə oxşayan tikilisinin önündə məğrur görkəmdə dayanan deputat insanlarda gülüşlə yanaşı, qıcıq də doğurmuşdu. 
 

 
Fotonun insanlarda qıcıq döğurmasının səbəbi isə deputatın böyük biznesə malik olmasına baxmayaraq, bu məktəbin təmirinə diqqət yetirməməsidir. 
 
Xatırladaq ki, İqbal Məmmədov "Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin baş direktorudur. 2005-ci il tarixində "Tərəqqi” medalı ilə təltif edilib. Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook