SON XƏBƏR

Lerikin başçısı itkin düşüb - Güclü qardan sonra başçını görən olmayıb

Fevral 25
12:20 2017
Lerik rayonundan şikayətlər durmadan artır.

AFN xəbər verir ki, sosial şəbəkələrdə bu rayondan olan ictimai fəal insanlar Lerikdəki acınacaqlı durumla bağlı foto və video materiallar paylaşıblar. Xüsusilə bir neçə gün əvvəl ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi rayondakı mövcud vəziyyəti daha çox ortaya çıxarıb. Aşağıda təqdim etdiyimiz video və fotolarda rayonun durumu açıq-aydın görünür. Görüntülərdən aydın olur ki, qarlı günlərdə hətta rayonun mərkəzində belə önləyici tədbirlər görülməyib, yollar qardan təmizlənməyib, hava şəraiti ilə bağlı heç bir texnikadan istifadə edilməyib. Sakinlər haqlı olaraq sual edirlər ki, rayona ayrılan on milyonlarla vəsait hara xərclənib ki, küçələrdə, hətta rayon icra hakimiyyətinin qarşısında belə heç bir təmizlik aparılmayıb? Sosial şəbəkə istifadəçisi olan leriklilər isə rayonun icra başçısı Rövşən Bağırovun qar yağandan bəri itkin düşdüyünü yazırlar. 

Qeyd edək ki, bu gün Lerikin Qrat kəndində qar uçqunu nəticəsində bir ailənin 4 üzvü ölüb, onlardan ikisi azyaşlıdır.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook