SON XƏBƏR

Lənkəranda sərhədçiləri daşıyan avtomobil qəzaya düşüb, ölən və yaralanan var

Aprel 21
19:14 2017
Lənkəran rayonunda sərhədçiləri daşıyan avtomobil qəzaya uğrayıb.
 
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik avtomobil yolunun Lənkəran rayonunun Şovu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Belə ki, Sərhəd Qoşunlarına (SQ) məxsus "UAZ" markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb. Nəticədə Sərhəd Qoşunlarında xidmət edən Elçin Abdullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Avtomobildəki digər sərhədçi isə ayağından xəsarət alıb.
 
Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook