SON XƏBƏR

Lənkəranda öldürülən həkimin arvadı:”Seriala baxırdım, xəbərim olmayıb”

Mart 27
18:14 2017
Kriminalistlər tərəfindən hadisənin baş verdiyi yer müayinə edilərkən qatilin qapıdan içəri daxil olması müəyyənləşdirilib.
 
Qlobal.az saytı Sputnik.az-a istinadən xəbər verir ki,  Lənkəran rayonunun Xolmili kəndində evinə basqın edilən kənd ambulatoriyasının baş həkimi Vahab Səfərovun qətli ilə bağlı araşdırma aparılarkən bəzi maraqlı detallar üzə çıxıb.
 
Martın 17-dən 18-ə keçən gecə naməlum şəxslər həkimin evinə soxularaq ona küt alətlə zərbələr endiriblər. Ağır dərəcəli bədən xəsarətləri alan yaralı martın 26-da dünyasını dəyişib.
 
"Qətlin üstü hələ açılmayıb. Ancaq, araşdırmanın gedişatında aydın olub ki, qətl törədilən zaman Səfərov evdə tək deyilmiş. Həmin vaxt mənzildə həmçinin Səfərovun həyat yoldaşı da olub.  Amma qadın heç nə görmədiyini iddia edir”- polis şöbəsindən belə deyiblər.
 
İlkin dindirilmə zamanı mərhum həkimin arvadı izahatında hadisə baş verdiyi saatlarda türk serialına baxdığını, ərinin kimlər tərəfindən necə öldürülməsindən xəbərsiz olduğunu göstərib. Maraqlı odur ki, hadisə yerinin müayinəsi zamanı mənzilin qapı və  pəncərəsinin quldurlar tərəfindən sındırılması müəyyən edilməyib.
 
Pəncərənin dəmir barmaqlıqlarının sındırılmaması qatilin qapıdan içəri girməsini deməyə əsas verir.
 
Qətlin motivi aydın deyil. Hadisənin tamah məqsədilə baş verdiyi də məlum deyil. Yeri gəlmişkən, hadisə zamanı Səfərovların evindən heç nə oğurlanmayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook