SON XƏBƏR

Lənkəranda bir qrup şəxs "Azərişıq" ASC-yə məxsus avtomobili yandırıb

Avqust 22
18:14 2017
Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb.
 
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib.
 
Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.
 
Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb.
 
Yanğın sakinlər tərəfindən söndürülüb
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook