SON XƏBƏR

Lənkəran sakini yenidən prezidentə müraciət etdi

Dekabr 16
23:02 2016
Lənkəran şəhər sakini, Xiyabani - 157, mənzil 8-də yaşayan təqaüdçü Nazim Məmmədov ölkə başçısı İlham Əliyevə müraciət edib. 

O, yerli məmurların özbaşınalığından şikayətçidir. 

Bu barədə Nazim Məmmədov "Youtube" sosial şəbəkəsində video-müraciət yayıb. 

Nazim Məmmədov deyir ki, Lənkəran "Su Tikinti İdarəsi"nin müdiri Həsənağa Ələkbərovun dövlət əmlakını mənimsəməsi və vergidən yayınmasıla bağlı ölkə başçısına müraciət etdikdən sonra Ələkbərov tərəfindən məhkəməyə verilib. 

Nazim Məmmədova qarşı xüsusi ittiham qaydasında iki, mülki qaydada bir cinayət işi açılıb. Hazırda iş məhkəmədədir. 

Onun sözlərinə görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran Şəhər Məhkəməsinin sədri Elçin Kazımov da Həsənağa Əkbərovu himayə edir. 

Vətəndaş tapşırığın Əmlak Komitəsinin sədri Kərəm Həsənov tərəfindən verildiyini iddia edir. 
 
Müraciətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 
 

loading...



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook