SON XƏBƏR

Lələtəpə döyüşündə "İgidliyə görə" medalı alan qazimiz fəhləlik işi axtarır

Oktyabr 31
12:52 2019
2016-cı il aprel döyüşlərində şücaətlik göstərən qazi Vüsal Paşazadə iş axtarır.
 
Bu barədə feysbukda Vüsal Paşazadənin dostu, "aprel döyüşləri" qazisi Hikmət Məmmədov yazıb:
 
"Dəyərli qazimiz Paşazadə Vüsal Ədalət oğlu xidmət dövründə - 2015-ci ildə və 2016-cı ilin aprel döyüşlərində Lələtəpə əməliyyatı zamanı iki dəfə yaralanıb. Cənab Prezident tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub. Qazimizin Zeynəb adlı qız övladı dünyaya gəlib. Vüsal qardaşımızın maddi durumu çox pisdir, pul istəmir. Evi yoxdur, ev istəmir. Onun ailəsini, gözəl balasını saxlamaq üçün işə ehtiyacı var. Hətta fəhləlik etməyə də hazırdır"-deyə, H. Məmmədov qeyd edib.
 
Daha sonra qazi Vüsal Paşazadənin əlaqə telefonunun paylaşıb - 050 247 22 66.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook