SON XƏBƏR

LDU-nun həyətində ağaclar quruduludu - Obyekt tikmək istəyən pedaqoq kimdir? - FOTOLAR

Avqust 06
09:13 2018
Son zamanlar Bakı şəhərində və eləcə də ölkənin bəzi regionlarında yol kənarlarında olan ağacların kimyəvi maddələrlə qurudulması barədə informasiyalar yayılmaqdadır. Ağacların qurudulmasına səbəb isə bəzi işbazlar tərəfindən həmin ərazidə sonradan müxtəlif biznes obyektlərinin tikintisinin planlaşdırılmasıdır. 

Acınacaqlı olan isə budur ki, işbazlar tərəfindən kimyəvi maddələrlə qurudulan ağaclar hansısa dövlət müəssisələrinin ərazisində olan ağaclardır. Bu isə bu tip müəssisələrin rəhbər vəzifəli şəxslərinin maddi maraqları naminə işbazlarla işbirliyinə getməsi anlamına gəlir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Dövlət Universitetinin həyətinin yolkənarı hissəsində də ağaclar birdən-birə sıra ilə qurumağa başlayıb. 

Qeyd edək ki, LDU-nun yerləşdiyi ərazi Lənkəran-Lerik yolunun kənarındadır. Həmçinin Lənkəran aeroportunun yaxınlığındadır. Bu yolda müxtəlif tipli iaşə obyektləri var. Maraqlı məqam həm də LDU-nun həyətində qurudulan ağacların yol kənarında olması, yəni bu ağacların yerinin istənilən obyektə yararlı olmasıdır.
 
Onu da qeyd edək ki, ağacların qəsdən qurudulması adi müşahidələrlə də məlum olur. Belə ki, qurudulan ağaclar yol kənarında sıra ilə qurudulub. 

Qurudulmaqlarına baxmayaraq əvvəllər sağlam olduqları aydın hiss olunur. Ağacların ətrafında olan digər ağaclar isə, yəni yerləri obyekt tikməyə uyğun gəlməyənlər isə sağlam və yamyaşıldır.
 
Xatırladaq ki, bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsi nəticəsində 51 ağac məhv edilib. 

Qlobal.az
 

 

 

 
 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook