SON XƏBƏR

Lavrov: “Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib”

Fevral 17
09:06 2018
Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməyib.
 
RİA "Novosti” xəbər verir ki, Rusiya diplomatiyasının rəhbərinin fikrincə, ABŞ indiyədək ittihamlarla bağlı heç bir sübut təqdim etməyib.
 
"Bu barədə çox danışırlar, lakin mən hələ ki bircə fakt olsun belə görməmişəm. Bu günlərdə ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi qəti şəkildə bildirdi ki, Rusiyanın prezident seçkilərinə müdaxiləsinə dair sübut yoxdur”, deyə S.Lavrov qeyd edib.
 
Qeyd edək ki, ABŞ Ədliyyə nazirliyi "Rusiya işi” üzrə 13 nəfərə qarşı ittiham irəli sürüb. Bunlar iş adamı Yevgeni Priqojin və "İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook