SON XƏBƏR

Lavrov: "Naməlum helikopterlərdən ABŞ-ın xəbəri var"

İyun 12
01:17 2018
NATO Əfqanıstanda hər zaman şəffaf hərəkət etmədi.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov KTMT-nin toplantısından sonra bildirib.

"Bütün nazirlər Əfqanıstanda sabitliyin yaradılmasının lazım olduğunu düşünürlər. Suriya və İraqdakı İŞİD də daxil olmaqla, terroçuların bu ölkəyə sızmasından, KTMT ölkələrinin yaxınlığında istehkam qurmalarından narahat oluruq", - Lavrov söyləyib.

Lavrov Əfqanıstanda naməlum helikopterlərin terroçuların olduğu bölgələrə getdiyini bildirib: "NATO və ABŞ Əfqanıstan hava məkanına tamamilə nəzarət edir. Sözügedən helikopterlərdən xəbərsiz olmaları qeyri-mümkündür".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook