SON XƏBƏR

Lavrov Məmmədyarovla Nalbandyanın görüşünü təşkil edir

Aprel 21
17:11 2017
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı məlum olub.
 
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş aprelin 27-də Moskvada keçirilə bilər.
 
Başqa bir mənbə isə sayta xarici işlər naziri Elmar Məmmədyarovun aprelin 27-də Moskvaya səfər edəcəyini təsdiqləyib.
 
Qeyd edək ki, Elmar Məmmədyarov ötən ay Rusiya tərəfinin təşəbbüsü ilə üçlü görüşün keçiriləcəyini bildirmişdi.
 
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova isə aprelin 19-da keçirdiyi ənənəvi brifinqdə nazirlərin üçtərəfli görüşünün keçirilməsinin gözlənildiyini açıqlamışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook