SON XƏBƏR

Latviyadakı parlament seçkilərində iki azərbaycanlı namizəd iştirak edəcək

Oktyabr 05
13:08 2018
Sabah Latviyada keçiriləcək növbəti parlament seçkilərində iki azərbaycanlı namizəd iştirak edəcək.

Bunlar hazırda Latviya parlamentində Xalq təsərrüfatı, aqrar, regional siyasət və ətraf mühitin mühafizəsi üzrə Komissiyanın sədri Roman Naudinş (İbrahimov) və Sosial Demokrat Partiyasından (SDP) namizəd Asif İbrahimovdur.

Hər iki namizədin seçkiqabağı təbliğat-təşviqat dövründə reytinqi yüksək olub.

Qeyd edək ki, Latviya parlament üsul-idarəli respublikadır. (Report)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook