SON XƏBƏR

Las-Veqas hadisəsində zərərçəkənlərin 45-nin vəziyyəti kritikdir

Oktyabr 04
00:01 2017
Bazar günü Las-Veqasda baş vermiş silahlı insident nəticəsində yaralananların 45-nin vəziyyəti kritikdir.

"Report"un məlumatına görə, bu haqda xəstəxanaların nümayəndələrinə istinadən "Associated Press" informasiya agentliyi bildirib.

Qeyd olunur ki, 214 zərərçəkənin çatdırıldığı Sunrise xəstəxanasında indi 33 pasiyent kritik vəziyyətdədir. Daha 12 xəstə 104 zərərçəkmişin çatdırıldığı universitet hospitalındadır.

Kantri musiqi festivalının ziyarətçilərinə mehmanxananın 32-ci mərtəbəsindəki pəncərədən atəş açmış Peddok 59 nəfəri öldürüb, 500-dən çox insanı yaralayıb.

Hazırda FTB-nin 10-dan çox agenti cinayət yerinin təhqiqatını davam etdirir. 

Las-Veqas qırğını ABŞ-ın yeni tarixində ən qanlı cinayətdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook