SON XƏBƏR

KXCP qazdan zəhərlənmələrlə bağlı Respublika prokurorluğuna müraciət etdi

Dekabr 06
00:30 2016
Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
 
İdarə Heyətinin yığıncağında KXCP Ali Məclisinin növbəti sessiyasının - 24 dekabr 2016-cı il, saat 11:00-da Partiyanın mənzil qərargahında keçirilməsi qərara alınmışdır.
 
Yığıncaqda, 11 dekabr 2016-cı il saat 13:00-da 21 Azər Hərəkatının ildönümü ilə bağlı, Milli Hökümətin rəhbəri Seyid Cəfər Pişəvərinin məzarını ziyarət etmək haqqında qərar qəbul edilmişdir.
 
İdarə Heyətinin yığıncağında, son dövrlər qazdan zəhərlənmələr və intiharlarla bağlı müzakirələr aparılmış, baş verənlərdən narahatlıq ifadə edilmişdir. KXCP İdarə Heyəti, müzakirə olunan məsələ ilə bağlı Respublika Prokurorluğuna, Daxili İşlər, Səhiyyə və Fövqaladə Hallar Nazirliklərinə sorğu göndərilməsini qərara almışdır.
 
(Sozcu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook