SON XƏBƏR

Küveytlə İran arasında gərginlik: diplomatlar ölkədən qovuldu

İyul 20
15:21 2017
Küveyt höküməti İranla diplomatik əlaqələri kəsib və 15 iranlı diplomatı ölkədən qovub.
 
"Qaynarinfo" "Reuters"ə istinadən xəbər verir ki, Küveyt höküməti İranı terrorizmə dəstək verməkdə və ölkənin daxili işlərinə qarışmaqda günahlandırır. 
 
Qeyd edək ki, Küveyt ötən il biri iranlı, digərləri küveytli olan bir qrup şəxsi həbs etmişdi. Onlar İran və Livanın Hizbullah şiə-müsəlman qruplaşmasına casusluq etməkdə ittiham edilirdi.
 
Qərar barədə açıqlama verən Küveyt informasiya naziri Şeyx Məhəmməd Əl Mübarək bildirib ki, Küveyt höküməti Vyana konvensiyasına əməl etməyə və İranla diplomatik əlaqələri kəsməyə qərar verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook