SON XƏBƏR

Küveytin maliyyə xərclərini Azərbaycan ödəyəcək? - Rəsmi açıqlama

Fevral 23
17:21 2017
Gənclər və İdman Nazirliyi bəzi KİV-lərdə Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzərinə götürməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
 
Unikal.org xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova deyib ki, bu, yalnış xəbərdir: "Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz. Çünki Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook