SON XƏBƏR

Kuman Türkləri

Aprel 04
00:00 2017
Türk qaynaqlarında, islami qaynaqlarda, Çin və Monqol qaynaqlarında qıpçaq adı ilə bilinən topluluğa; Bizanslılar, çox az da olsa Ruslar və Latınlar da Kuman demişdir. Macarlar həmin topluluğu Kun, ruslar daha çox Polovets, almanlar Palladi və Valwen, ermənilər isə Xartkeşn adlandırmışlardır. Qıpçaq və Kuman adları isə daha çox istifadə olunur. Bu iki sözün də mənası "qumral - sarışın” deməkdir. Eyni zamanda rusca "polovets” sözü də "göy gözlü” mənasındadır. Qıpçaq - Kuman türkləri, bəzi türk topluluqları kimi qumral və sarışın bəzən də rəngli gözlüdürlər. Onlara həm də "Bəyaz Türklər” deyilir. Çox zaman qərb qıpçaqlarına Kumanlar deyilir. 

Yayıldıqları Bölgələr

On birinci əsrdə bugünkü Macarıstandan Monqolustana qədər uzanan geniş ərazidə yaşayırdılar. Bunlar Şimal Türkləridir və Qərbi Göytürklərin bir qoludur. Bir çox ərazilərdə yayılmaqlarına baxmayaraq daha çox Qara dənizin şimalı və Qafqazda daha çox təsirə malik olmuşlardır. Bu gün Tatar türkləri, Krım və Qafqazda yaşayan bir çox türk topluluqları qıpçaqların nəsilidir. Tarixdə Səlahəddin Əyyubinin idarə etdiyi Məmlüklər (Köləmənlər) deyə bilinən toplum da qıpçaqların bir qoludur.

Şərqi Avropada

Bundan əlavə Şərqi Avropa müxtəlif xanlıqlar və bəyliklər qurmuşlardır. Məsələn, bugünkü Moldovanın köhnə adı olan Beserabya, bu bölgədə bir tudunluq qurmuş olan Kuman təgini Tökdəmirin oğlu Beserabadan gəlməkdədir. Bolqarıstan və Rumıniyanın Qara dəniz sahili bölgəsi Dobrucaya adını verən də bir Kuman xaqanı Dobriçdir. Makedoniyanın şimalında Kumanova adlı kənd vardır.

Kiçik Asiyada (Anadoluda)

Digər tərəfdən də Oğuzlardan olan peçeneqlərlə savaşmış, onları qovarkən qərbə də axın etmişlər. Bu vaxt bəziləri xristian olmuş və Bizans ordusunda əsgərlik etmişdirlər. Malazgird savaşında yer alanlardan bir hissəsin bunlardan ibarət idi. Daha sonra peçeneqlər və uzlar kimi onlar da Anadoluya yerləşmiş və müsəlmanlaşmışdılar. Qaramanoğulları Kuman, Salur və Əfşar türklərindən gəlməkdədir. Həmçinin Oğuz boyları olan çəpnilər və saltuqlarla yaxın münasibət qurmuşdular. Bu gün şərqi Qara dənizdə laz adıyla bilinən çəpni türkləri ilə qarışaraq yaşamlarını davam etdirirlər. Qıpçaq bəylərindən birinin adı olan Kemençe bu gün Krımda bir çox yerə adını vermişdir. Bu günkü  "kemençe” çalğı aləti də bu bəyin adı ilə bağlıdır.

Dilləri

Bu günkü qıpçaq öbəği (söz toplusu) Türkcələrin kökü qədimdə yaşamış Qıpçaq türklərinə aiddir. Bu öbəkdə: Karaim türkcəsi, Kumuk türkcəsi, Qaraçay-Balkar türkcəsi, Krım-Tatar türkcəsi, Tatar türkcəsi, Başqurd türkcəsi, Noqay türkcəsi, Qaraqalpaq türkcəsi, Qazax türkcəsi və Qırğız türkcəsi yer alır. Ümumi Türkcə danışanların 14,46% bu öbəkdə yer alır.

Qıpçaq boyları

1. Toksoba (Doqquzoba)

2. Jetioba (Yeddioba)

3. Burdjogli (Bürcoğlu)

4. Elbarli (Qurdbölgəli)

5. Kangarogli (Kangaroğlu)

6. Uladjogli (Ulaşoğlu)

7. Durutlar (Dördlər-Dördoba)

8. Kulabogli (Qulobaoğlu)

9. Jortan (Çortan)

10. Karabirkli (Qarabörklü)

11. Kotan (Qutan)

Uyğunlaşdıran: Qəhrəman Qəhrəmanlı



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook