SON XƏBƏR

KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək

İyul 13
12:22 2020
Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təcili iclas keçirəcək.

Qaynarinfo xəbər verir ki, bunu təşkilatın mətbuata katibi Vladimir Zeynəddinov deyib. Onun sözlərinə görə, bu gün baş tutacaq iclasın keçirilməsi təşəbbüsünü baş katib Stanislav Zasa irəli sürüb.

Post-məclis videokonfrans şəklində baş tutacaq.

Qeyd edək ki, ötən gündən Ermənistan Silahlı Qüvvələri Tovuz istiqamətindən atəşkəsi pozub, nəticədə 4 hərbçimiz şəhid olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook