SON XƏBƏR

“Krımın güzəşt edilməsi qlobal xaos yaradacaq”

Mart 15
16:04 2017
Rusiya ilə Krım və ya Donbasla bağlı kompromisə getmək genişmiqyaslı dünya xaosunun yolunu açacaq.
 
Axar.az xəbər verir ki, bunu "Obozrevatel” saytına müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.
 
"Qərbdə müəyyən qüvvələr var ki, insanların taleyi onları maraqlandırmır. Onlar öz maraqlarını düşünürlər. Onların fikrincə, Putinlə razılaşmaq lazımdır. Bütün bunlar qlobal dünyaya zərbə vurur. Rusiyaya dəstək verən şəxslər atacağı addımların nəticələri haqqında düşünmürlər”, – deyə o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook