SON XƏBƏR

Kremlin “boz kardinalı”nın gənc arvadı ondan boşandı

Noyabr 14
16:49 2017
Rusiyanın "Rosneft” dövlət neft şirkətinin prezidenti, Kremlin "boz kardinalı” hesab edilən İqor Seçinin özündə 25 yaş gənc arvadı Olqa bu ilin iyun ayında ondan boşanıb. Lakin bu barədə mətbuata yalnız indi məlum olub. virtualaz.org xəbər verir ki, məlumatı "Super.ru” tabloidi yayıb.
 
Bu, Seçinin ikinci nigahı idi. Onlar 2011-ci ildə evləniblər. Həmin vaxt Olqa Rusiya hökumətinin Aparatında işləyirdi. Aralarındakı 25 yaş fərqinə baxmayaraq Olqa onunla nigahdan çəkinməyib. Qeyri-rəsmi mənbələrə görə bu nigahdan onların Varvara adlı qızları var.

Bildirilir ki, Olqa boşandıqdan bir neçə həftə sonra özünün İnstagram səhifəsində italiyalı "Formula-1” pilotu Françesko Proventsano ilə fotoların yayıb. Onların hələ 2015-ci ildən tanış olduqları bildirilir.
 
İqor Seçinin birinci arvadı Marina Seçina 90-cı illərdə bizneslə məşğul olub. Boşandıqdan sonra o, həmin vaxt vitse-premyer olan keçmiş ərinin bir neçə mülkünə sahib çıxıb. Sonradan o, biznesini daha da genişləndirib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook