SON XƏBƏR

Kreml Qarabağla bağlı İrəvanı sıxışdırır? – Diaspor qalmaqalı

Mart 11
12:33 2018
"Hazırda Ermənistan hökuməti ilə Avropdakı erməni diasporu arasında böyük bir uçurum yaşanır”

Bu sözləri Axar.az-a açıqlamasında fəlsəfə doktoru Elxan Ələsgərov deyib. 

Ekspert Ermənistanın Dağlıq Qarabağı Azərbaycana qaytarmaq üçün Rusiya ilə sövdələşməyə getməsi yönündə ortaya atılan iddiaların da bundan qaynaqlandığını bildirib:

"Avropdakı erməni diasporu uzun müddətdir ki, özünü və Dağlıq Qarabağı inkişaf etdirməsi üçün Ermənistana külli miqdarda vəsait ayırırdı. Bu planların iflasa uğramasının arxasında əlbəttə ki, Ermənistandakı mövcud Qarabağ klanının yararsızlığı durur. Onlar bu vaxt ərzində nə Qarabağın statusuna, nə də Ermənistana inkişafına nail ola bildilər. Buna görə də Avropadakı erməni diasporu ilə Ermənistan hökuməti arasında ziddiyyətlər getdikcə dərinləşir. Bildiyiniz kimi, ABŞ-da yaşayan erməni diasporu bu ölkənin hakim dairələrinin təsiri altındadır. Ancaq Ermənistandakı mövcud rejim Rusiyanın dediklərini icra edir. Belə bir vəziyyətdə Qarabağ məsələsinin həll edilməməsi erməni diasporunun əlində sadəcə İrəvana təzyiq vəsitəsidir. Son zamanlar Ermənistanın Dağlıq Qarabağı Azərbaycana qaytarmaq üçün Rusiya ilə sövdələşməyə getməsi yönündə ortaya atılan iddialar da bundan qaynaqlanır. Ermənistan Dağlıq Qarabağla bağlı indiyə kimi bir addım da olsun, irəli getməyib, hər səfərində danışıqları sabotaj edir, hər görüşdən sonra uğursuzluq haqqında bəyanatlar verirlər. İrəvanın əsl niyyəti status-kvonun saxlanılmasıdır. Azərbaycan isə status-kvonu dəyişdirmək istiqamətində təzyiqlərini atrırıb”.

Politoloq ABŞ və Rusiya arasındakı gərgin münasibətlərin Qarabağ münaqişəsinin həllinə təsirsiz ötüşmədiyini deyib:

"Fikir verin, tez-tez Moskva və İrəvan arasında guya Qarabağa dair anlaşmanın olduğu gündəmə gətirilir. Ancaq Sərkisyan normalda Rusiya ilə deyil, Azərbaycanla anlaşmaya getməlidir. Bu bəyanatların arxasında başqa səbəblər var. Avropadakı erməni diasporu daha çox Ermənistana təsir etmək və Moskvanın Ermənistandakı nüfuzuna zərbə vurmaq istəyir”.

Ekspert onu da qeyd edib ki, hazırda 2 və ya 5 rayonun qaytarılması istiqamətdə aparılan danışıqlar Sərkisyan tərəfindən əngəllənir:

"Digər tərəfdən isə Rusiya hazırda ABŞ-la problemlərinin həllinə istiqamətlənib, Qarabağ probleminin həlli Moskva üçün prioritet deyil”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook