SON XƏBƏR

Kredit portfelinin dollarlaşma səviyyəsi aşağı düşüb - AMB

Yanvar 03
16:35 2019
2018-ci il dekabrın 1-nə əsasən Azərbaycanda bank və kredit təşkilatlarının cəmi kredit portfelinin 37,19%-i xarici valyutada olan kreditlərin payına düşüb. 

"Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata əsasən kredit portfelinin dollarlaşma səviyyəsində aylıq müqayisədə 0,61 faiz bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, sözügedən nisbət 2018-ci il noyabrın 1-nə 37,8%, 2018-ci ilin əvvəlinə 40,86% olub.

2018-ci il dekabrın 1-nə kredit təşkilatlarının cəmi kredit kredit qoyuluşu 12 564,2 mln. manat təşkil edib. Bunun da 1 688,7 mln. manat və 13,4%-ni vaxtı keçmiş kreditlər olub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook