SON XƏBƏR

“Korsar” baleti azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək - Vladivostokda

Aprel 13
18:19 2017
Mayın 7-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın "Korsar” ikihissəli baleti nümayiş etdiriləcək.
 
Səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın xoreoqrafik fraqmentlərindən istifadə edilib. Balet, həmçinin Eldar Əliyevin librettosu əsasında (Anri Sen Jorj və Jozef Mazilyenin librettosunun motivləri üzrə) hazırlanıb.
 
Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın "Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook