SON XƏBƏR

Koronavirus barədə səs yazısı ilə bağlı açıqlama (RƏSMİ)

Fevral 24
01:43 2020
"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı həqiqəti əks etdirmir. Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib".

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumarda bildirilir ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir.

"Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır", - deyə məlumatda qeyd olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook