SON XƏBƏR

Kopenhagendə AŞPA bürosunun və daimi komitəsinin iclasları keçiriləcək

Noyabr 22
18:10 2017
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun bürosunun və daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcəklər.
 
Parlamentin mətbuat xidmətindən bildiriblər ki, büro iclasında Avropa Şurasının yeni baş katibinin seçilməsi, qətnamələrin qəbulu prosedurunun təkmilləşdirilməsi, üzv dövlətlərdə bərabərlik, cavabdehlik və şəffaflığın gücləndirilməsi ilə bağlı məsələlərə baxılacaq.
 
Daimi komitənin iclasında isə AŞPA-nın 2018-ci ilin ilk sessiyasının gündəliyi, növbəti il üçün yeni mandatların təqdim edilməsi, Qırğızıstanda keçirilmiş prezident seçkilərinin nəticələri və digər məsələlər müzakirə olunacaq.
 
Deputatlarımız hər iki tədbirdə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook