SON XƏBƏR

Komitə sədrindən monopolistlərə dəstək: "Kiçik şirkətlər benzinə nələrsə qatırlar"

Mart 07
18:46 2018
Azərbaycanda bəzi yanacaq-doldurma məntəqələrində benzinin tərkibinə nələrsə qatılır, amma bu işlərlə SOCAR, "Azpetrol” kimi iri şirkətlər məşğul olmurlar”.

Bunu "Report” açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma şikayətlər kiçik şirkətlərdən daxil olur: "Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı iri şirkətlərdən şikayət yoxdur”.

R.Həsənov ölkəyə idxal olunan benzinin keyfiyyətinin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib: "Ola bilməz ki, idxal benzininin keyfiyyəti aşağı olsun. Əskinə keyfiyyət yüksək olduğu (Avro-4 standartına uyğun olduğu) üçün bəzən köhnə avtomobillər onu edə bilmirlər. Onların mühərriklərində problem ola bilər”.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook