SON XƏBƏR

Komitə sədri müvəqqəti saxlama yerlərinə baş çəkdi:“Nəticə qənaətbəxşdir“

İyul 18
11:47 2019
İşgəncələrə Qarşı Komitənin sədri Tural Hüseynov Bakı Şəhərinin yeni istifadəyə verilmiş müvəqqəti saxlama yerlərində, o cümlədən Abşeron polis şöbəsində və  Sumqayıt polis idarəsində növbəti başçəkmə həyata keçirib.

Komitədən verilən məlumata görə, monitorinq sıra ardıcılığı ilə Xətai, Yasamal, Səbail, Abşeron və Sumqayıtda həyata keçirilib.

Yeni təmir olunmuş müvəqqəti saxlama yerlərində standartlara uyğun şərait yardılıb,  saxlanılan şəxslərin qalma şəraiti yaxşılaşdırılıb, müsbətə doğru işlər görülüb.

Ümumi baş çəkilən  5 müvəqqəti saxlama yerində  saxlanılan şəxslərdən işgəncə və qeyri -insani rəftarla  bağlı şikayət daxil olmayıb. Monitorinqdə komitənin əməkdaşları Seymur Salmanov və Qartal Hüseynov iştirak ediblər. 

Komitə nəticələri qənaətbəxş sayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook