SON XƏBƏR

Komitə sədri: “Azərbaycanda dini-radikal qruplar daha da aktivləşib”

İyul 16
12:28 2018
"Azərbaycanda bəzi ekstremis və radikal qruplar din pərdəsi altında gizlənərək ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa yönələn cəhdlər ediblər”.

Qlobal.Az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədrinin sözlərinə görə, bu cəhdlərin ifşa olunmasında mətbuatın özünəməxsus rolu var. 

"Bütövlükdə Azərbaycan mediası din sahəsində, milli-mənəvi dəyərlər sahəsində geniş fəaliyyət göstərir. Ancaq bununla bərabər, indiki durumda həqiqətin ortaya çıxarılması və həmin radikal elementlərin, cinayətkar ekstremist dairələrin dindən sui-istifadə etməsi hallarının daha geniş şəkildə ictimaiyyyətə çatdırılmasına ehtiyac var. Cənab prezidentin keçirdiyi müşavirədə din adından sui-istifadə edənlərin hansı məqsədlər daşıdığı açıq şəkildə ifadə edilib, hüquq-mühafizə orqanlarımız da bu istiqamətdə geniş fəaliyyət göstərməkdədir, dini maarifləndirmə istiqamətində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə tədbirlər keçiririk”. 

M.Qurbanlı deyib ki, bu gün Azərbaycanda ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur”. 

"Amma bizim ölkəmizdə xaricdən və daxildən din adı altında gizlənən qruplar ictimai-siyasi sabitliyi təhdid edən hərəkətlərə yol verirlər. Bunun qarşısını almaq üçün bizim təbliğatımızın daha geniş şəkildə aparılmasına geniş ehtiyac var”.

M.Qurbanlı deyib ki, son vaxtlar islam ölkələrində, o cümlədən Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmağa cəhd göstərən, dini gözdən salmağa cəhd edən radikal qruplarların fəaliyyəti daha da aktivləşib. Bu radikal qruplar müxtəlif adlar altında fəaliyyət götərirlər.

Komitə sədri bildirib ki, həmin qruplar din adı altında gizlənərək, təxribatçı cəhdlər edirlər: 

"Biz həmin insanların kimliyin araşdıranda görürürk ki, onlar din ilə bağlı olanlar deyillər. Sadəcə, xarici qruplar tərəfindən göstəriş verilən insanlardır”.

M.Qurbanlı dini radikal qruplara qarşı ideoloji sahadə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın roluna toxunub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook