SON XƏBƏR

Komissiya üzvləri icra başçısının oğlunun restoranından gələn yeməkdən niyə imtina etdilər?

Fevral 14
16:52 2020
73 saylı Lənkəran seçki dairəsində məntəqələrə təkim olunmuş şəxslərə və komissiya üzvlərinə verilən yemək pulları dolayı yolla əllərindən alınıb. 

Bu barədə komissiya üzvlərindən bir neçəsi məlmat verib.

Onlar bildiriblər ki, DSK hər məntəqəyə bir nəfər təhkim edib və həmin şəxslərə məntəqə üzvləri, YAP müşahidəçilərinin nahar pulları verilib. 

Daha sonra tapşırıq gəlib ki, yeməklər "Dəniz" restoranından sifariş edilməlidir. Nahar "Dəniz" restoranından gətirilib. 

Məlumata görə, bütün məntəqələrə "cücə-plov" verilib. Amma məntəqə sədrləri və üzvlər, həmçinin YAP-ın müşahidəçilərinin əksəriyyəti yeməkdən imtina ediblər. 

Onlar bildiriblər ki, ət köhnə olub, yeməkdən də xoşgəlməz qoxu gəlirmiş. 

Komissiya üzvlərindən biri bildirib ki, "Dəniz" restoranı Lənkəranın icra başçısı Taleh Qaraşovun oğluna məxsusdur.

Məsələ ilə bağlı 73 saylı DSK-nın sədri Kərim Heydərovla əlaqə saxlasaq da, o məlumatı nə təsdiq, nə də təkib edib.

Mənbə: "Davam"
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook