SON XƏBƏR

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan edildi

Avqust 23
10:34 2017
Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

Qlobal.az xəbər verir ki, DİM-dən APA-ya verilən məlumata görə, elanın tam mətni "Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.
 
Jurnalın xüsusi buraxılışında, həmçinin "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması və təsdiqi üçün təlimat və "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook