SON XƏBƏR

Koçaryana qarşı yeni ittihamlar irəli sürüldü

Noyabr 14
13:26 2018
Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı açılan cinayət işinə yeni ittihamlar əlavə edib.

Bunu Koçaryanın vəkili Ovanes Xudoyan deyib.

O, bildirib ki, daha əvvəl Koçaryana qarşı irəli sürülən ittihamlarda dəyişikliklər edilərək müəyyən elementlər əlavə olunub. Lakin onların sırasında sürprizedici yeni "ifşalar” yoxdur.

"Cinayət işinə yeni əlavələr edilib, amma ittihamların mahiyyətində dəyişiklik yoxdur. Onlar elə eyni maddələr üzrə irəli sürülən ittihamlardır”, – deyə Xudoyan vurğulayıb.

Azvision.az xatırladır ki, Robert Koçaryan 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında ittiham olunur.

Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq prezidentin qanunsuz yolla yüzlərlə milyon dollar gəlir əldə etdiyini, həmçinin, Koçaryanın Yerevandakı "Konqress” mehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığına dair faktlar açıqlayacağını bildirib. Erməni mətbuatı yazır ki, Koçaryanın maliyyə maxinasiyalarının üzə çıxarılmasında dəlillər sarıdan məhdudiyyətlə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan daha çox informasiyaya çıxış əldə etmək üçün sabiq prezidentin yaxın ətrafı və biznes ortaqlarına qarşı təzyiq və təhdidlər üsuluna keçib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook