SON XƏBƏR

Koçaryan: “Zəngəzuru yalnız Rusiyanın himayəsində olduğumuz üçün itirmədik”

Yanvar 28
11:28 2021
Robert Koçaryan parlament seçkilərinə qatılacaq.

Qlobal.az modern.az-a istinadən xəbər verir ki, o bu barədə ötən gün verdiyi güniş müsahibə zamanı söyləyib.

"Əgər növbədənkənar seçkilər keçirilsə, iştirak etməyimiz düzgün olar. Seçkilərdə komandamla iştirak edəcəm və qalib gələcəm”-deyə Koçaryan söyləyib.
 
O, Ermənistan dövlətçiliyindən əsər-əlamət qalmadığını da deyib.

"Rusiya süklhməramlıları azərbaycanlılar və ermənilər arasında toqquşmaların qarşısını almaq üçün gəlmişdilər. Bu gün onlar təkcə bu funksiyanı deyil, həm də Qarabağın təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu o deməkdir ki, bizim dövlət çiliyimizin təkcə qalıqları qalıb”.

Eks-prezident Zəngəzur barədə də danışıb.

"Zəngəzuru yalnız Rusiyanın himayəsi altında olduğumuz üçün itirmədik. Amma bu həmişə belə deyildi. 90-cı illərdə erməni ordusu regionda ən yüksəsk döyüş qabiliyyətinə malik ordu idi və Moskva ilə müttəfiqlik səviyyəsində idik. Amma bu gün o qədər zəifləmişik ki, istənilən qonşu ölkə bizi işğal edə bilər”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook