SON XƏBƏR

Koalisiya İŞİD liderinin ölümünü təsdiqləyə bilmir

İyul 12
00:30 2017
"İslam dövləti" terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiya İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq və ya təkzib edə bilmir.
 
"RİA Novosti” xəbər verir ki, bunu əməliyyata başçılıq edən amerikalı general Stiven Tausend deyib.
 
Tausend jurnalistlərə bildirib: "Əl-Bağdadinin ölü və ya diri olması haqda məlumatı təsdiq və ya təkzib edə bilmirəm".
 
Qeyd edək ki, bir müddət əvvəl İraqın "Sumariya news" xəbər portalı İŞİD sıralarında olan mənbəyə istinadən əl-Bağdadinin öldüyü haqda məlumat verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook